Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin fəaliyyətini bəyənmə reytinqi 66 %-ə düşüb

Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin bəyənilmə reytinqi 66 %-ə düşüb.

Bu barədə "Kommersant" "İctimai rəy" fondunun sosioloji sorğusunun nəticələrinə istinadən məlumat yayıb.

Bir həftə ərzində prezidentin bəyənilmə reytinqi 5 faiz bəndi (f.b) aşağı düşüb.

Prezidentə etimad reytinqində azalma daha az olub: rusiyalıların 67 %-i Putinə etimad göstərir (həftəlik müqayisədə -2 f.b.). Hökumətin fəaliyyətinin bəyənilmə səviyyəsi (41 %, -4 f.b) və Rusiyanın Baş naziri Mixail Mişustinə etimad səviyyəsi (49 %, -3 f.b) də azalıb.

Ötən həftənin ən nəzərəçarpacaq hadisələri arasında ölkə vətəndaşları Ukraynadakı hərbi əməliyyatlarla bağlı hadisələri (32 %) qeyd ediblər, respondentlərin ən çox xatırlatdığı ikinci mövzu isə benzin qıtlığı (19 %) olub.