Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa Ukraynaya "Patriot" raketlərinin yeni partiyasını verə bilər

Polşa Ukraynaya "Patriot" raketlərinin növbəti partiyasının verilməsi imkanını nəzərdən keçirir, məsələ yaxın günlərdə həllini tapacaq.

RMF FM xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya bildirib.

"Bu qərar polyakların təhlükəsizliyi kontekstində qəbul edilməlidir və bütün arqumentlər ölçülüb-biçilməlidir", -Sobkovyak-Çarnetskaya deyib. O əlavə edib ki, qərar yaxın günlərdə qəbul edilə bilər, həmçinin danışıqlar həm NATO, həm də ABŞ ilə davam edir.

Müdafiə nazirinin müavini əlavə edib ki, vəziyyətin qiymətləndirilməsinə Polşa ərazisinə daxil olan Rusiya raketi ilə bağlı son insident də təsir göstərir. Onun fikrincə, müdafiə naziri Vladislav Kosinyak-Kamış hazırda Ukraynaya növbəti raket partiyasının göndərilməsini dəstəkləməyə hazırdır.

Qərarın nə vaxt qəbul edilə biləcəyi ilə bağlı suala o, qısaca cavab verib: "Düşünürəm ki, bu, yaxın günlərin məsələsidir".

İyul ayında Müdafiə Nazirliyi rəsmi olaraq təsdiqləyib ki, Polşa bir neçə ay əvvəl Ukraynaya "Patriot" sistemləri üçün nəzərdə tutulmuş PAC-3 raketləri verib. Baş nazir Donald Tusk bildirmişdi ki, söhbət beş raketdən gedir.