"Politico": ABŞ dizel ixracına 90 günlük qadağa hazırlayır
24 Sentyabr 2026
ABŞ Prezidenti Donald Tramp administrasiyası, qurum daxilində fikir ayrılıqlarına baxmayaraq, rekord qiymət artımları fonunda dizel yanacağının ixracına 90 günlük qadağa qoymaq planı hazırlayır.
“Politico” xəbər verir ki, Tramp bu qadağanın tətbiqi barədə bu həftənin sonunadək açıqlama verməyi planlaşdırır.
Bununla belə, Ağ Ev qadağanın hazırlanması barədə məlumatı təkzib edib.
Daha əvvəl Tramp dizel yanacağı ixracının məhdudlaşdırılmasının tərəfdarı olduğunu bildirib.
ABŞ-nin maliyyə naziri Skott Bessent vurğulayıb ki, administrasiya tam və ya qismən qadağanın tətbiqi imkanını öyrənir və bunun daxili neftayırma güclərinə təsirini qiymətləndirir