Paşinyan və Simonyan 2026-cı il parlament seçkilərində iştiraklarını rəsmən elan ediblər
04 Noyabr 2025
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Onunla yanaşı Ermənistanın parlamentinin sədri Alen Simonyan da seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Simonyan "Vətəndaş müqaviləsi" partiyasından namizədliyini irəli sürüb.
Seçkilərdə iştirakla bağlı keçmiş prezident Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan, həmçinin həbsdəki oliqarx Samvel Karapetyan da bəyanat verib.