Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Nüvə təhlükəsi pik həddinə çatıb” - BMT Baş katibi

Dünyada nüvə silahından istifadə təhlükəsi soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb.

Bu barədə bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi iştirakçısı olan ölkələrin icmal konfransının açılışında bildirib.

“Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, - deyə o, bəyan edib.