“Nida” Vətəndaş Hərəkatının dörd keçmiş üzvünə bəraət verilib
19 Noyabr 2021
Noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb.
Ali Məhkəmənin qərarına əsasən, onların barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.
Qeyd edək ki, “NİDA” Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü ildə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı və Rəşadət Axundov 8 il , Rəşad Həsənov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Prezident İlham Əliyev imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.