Logo
news content
User
Kateqoriyalar

Xəbər

“New York Times” Kiyevdə öz bürosunu açır: Rəhbər təyin edildi

ABŞ-ın nüfuzlu “New York Times” nəşri Ukrayna paytaxtı Kiyevdə öz bürosunu açacağını bəyan edib.

"Unian" xəbər verir ki, artıq büroya rəhbər də təyin edilib.

Büroya əvvəllər Moskvadakı postumuzda çalışmış Endryu Kramer rəhbərlik edəcək.

Bildirilib ki, məqsəd milyonlarla ukraynalının həyatını alt-üst edən və ölkənin hüdudlarından kənarda əks-səda doğuran müharibə barədə dolğun məlumatları dünyaya çatdırmaqdır.