Logo
news content
User
Kateqoriyalar

Xəbər

Netanyahu hücum olacağı təqdirdə İranı “daha güclü” cavabla hədələyib

İran hücum etsə, İsrail daha güclü cavab verəcək.

“The Times of Israel”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, İsrailin hər cür ssenariyə hazır olduğunu bildirib.

Netanyahu İran liderlərinə xəbərdarlıq edib: “Mənim İranın liderlərinə bir mesajım var: elə düşünməyin ki, hücum etsəniz sakit otura biləcəksiniz. Bundan əvvəl baş verənlərin təkrarını gözləməyin”.

Netanyahu İsrailin əvvəlki cavablarının kifayət qədər güclü olduğunu vurğulayıb, amma bundan sonra ölkəsinə ziyan verə biləcək addımlara daha fərqli bir cavab veriləcəyini qeyd edib.