Netanyahu: Britaniya nüvə silahına malik ilk "İslam respublikası" olacaq
15 Avqust 2026
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Böyük Britaniya nüvə silahına malik "ilk İslam Respublikası" olacaq.
Bu barədə Baş nazir "Qaley İsrailin Müdafiə Ordusu"nun hərbi radiosuna müsahibəsində bildirib.
"Nüvə silahına malik ilk İslam respublikası Britaniya İslam Respublikası olacaq. Ona görə də biz İranın nüvə silahı olan başqa respublikaya çevrilməməsini təmin edirik", - Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin oğlu, nəvəsi jurnalistdir və onun sözlərinə görə, 1967-ci il altı günlük müharibəni İsrail üçün olduqca müsbət mənada işıqlandırıblar.
"Onlar buraya gəldilər və altı günlük müharibəni bizim üçün müsbət şəkildə işıqlandırdılar", - Netanyahu deyib. "Bugünkü Britaniyada oxşar bir şey tapmağa çalışın", - o əlavə edib.