Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müxalifətin mitinqinə icazə verilməyib

Bakı Şəhər İcra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.

O, şəhər administrasiyasının qərarını sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasında növbəti addım kimi qiymətləndirib.

"Görünür, hakimiyyət mitinqlərin qadağan edilməsini daimi prosesə çevirmək istəyir", - Həsənli qeyd edib. Demokratik Qüvvələrin Milli Şurası növbəti addımlarını məsləhətləşmələrdən sonra elan edəcək.

Qeyd edək ki, bundan əvvəl Bakı rəhbərliyi müxalifətin aprelin 21-nə təyin etdiyi mitinqə icazə verməkdən imtina edib. Bundan sonra Milli Şura mayın 5-nə yeni aksiya təyin edib.

Müxalifət siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, quru sərhədlərinin açılması və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması tələbilə mitinq keçirməyi planlaşdırırdı.