Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
28 Noyabr 2024
Gürcüstan parlamenti hökumətin tərkibinə etimad göstərib.
Parlament yekdilliklə Baş nazirliyə namizəd İrakli Kobaxidzenin təqdim etdiyi yenilənmiş Nazirlər Kabinetinə etimad göstərib.
Sessiyada iştirak edən 84 deputat lehinə səs verib. Yeni hökumətin tərkibində yalnız üç nazir postuna dəyişiklik edilib, bunlardan biri xarici işlər naziridir. Sabiq XİN başçısı İliya Darçiaşvilini Maka Boçorişvili əvəz edəcək. (APA)