Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır

ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır.

Bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib.

"Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir", - o "X" sosial media hesabındakı paylaşımda bildirib.

M. Xameneinin fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır.

Xamenei müraciətində İranının maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstəriləcəyinə söz verib.