Moskva Ermənistanda rusiyayönümlü qüvvələrin seçkilərdə iştirak edə biləcəyinə ümid edir
09 Aprel 2026
Moskva rusiyayönümlü qüvvələrin Ermənistanda parlament seçkilərində sərbəst şəkildə iştirak edə biləcəyinə ümid edir.
Bunu brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz respublikada cərəyan edən prosesləri görməzdən gələ bilmərik və rusiyayönümlü qüvvələrin Ermənistanda parlament seçkilərində sərbəst şəkildə iştirak edə biləcəyinə ümid edirik", - o vurğulayıb.