Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskva dəstək istəyir: Afrikanın ümidinə qalan Rusiya...


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirə səfəri çərçivəsində Moskvanın qida böhranına səbəb olması iddialarını rədd edib.





O, Misirdə Ərəb Dövlətləri Liqasının diplomatik nümayəndəlikləri qarşısında çıxış edərkən bildirib ki, qərb ölkələri tətbiq etdikləri sanksiyaların qlobal qida təhlükəsizliyinə təsirləri barədə həqiqətləri gizlətməyə çalışır.


Lavrov qərb xalqlarını digər dövlətlər üzərində hakim olmağa çalışmaqda ittiham edib.




Lavrov qeyd edib ki, qərb ölkələrinin Rusiyaya qarşı “aqressivliyi”nin bir səbəbi var: “Məsələ Ukrayna deyil, məsələ dünya nizamının gələcəyidir”.





“Onlar deyirlər ki, hər kəs qanun əsaslı dünya nizamını dəstəkləməlidir. Lakin həmin qanunlar qərb ölkələrinin xüsusi hallarda müəyyən maraqlarından asılı olaraq yazılır.”





Rusiyalı rəsmi Afrika ölkələrinin Ukrayna müharibəsində göstərdiyi “balanslı mövqeyi” yüksək qiymətləndirdiyini bildirib.





Rusiyaya dəstək qazanmaq məqsədi ilə Lavrovun Misirdən sonra Efiopiya, Uqanda və Konqo Respublikasına səfər edəcəyi gözlənilir.





Tərəfsiz olmağın üstünlüyü




Sergey Lavrov Afrika ölkələrini inandırmağa çalışır ki, onlar qərbdən daha çox Rusiyanın yanında yer almalıdılar. Bu məqsədlə o, rəsmi görüşlərində “biz sizə tam koloniyasızlaşma prosesində kömək edəcəyik” kimi ifadələr işlədir.





Lakin qitənin əksər ölkələri Ukrayna müharibəsində tərəf tutmağa meyilli deyillər. Çünki onlar Soyuq Müharibənin Afrikada yaratdığı dağıdıcı təsirləri, münaqişələri tətiklədiyini və inkişafı dayandırdığını yaxşı xatırlayırlar.





Hazırda ərzaq və yanacaq qiymətlərinin artması regionda ən böyük narahatlıq yaradan məsələdir. Afrika dövlətlərinin illik taxıla olan ehtiyacının 40 faizi Ukrayna və Rusiyadan idxal hesabına ödənilir.





Afrikalı liderlər də yaxşı anlayır ki, ərzaq qıtlığı dərinləşdiyi halda onların vəzifədə qalma ehtimalı aşağı düşür.