Messi dünya çempionatının ən yaxşı futbolçusudur
11 Dekabr 2022
Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusudur.
35 yaşlı hücumçu dünyaca məşhur "Goal.com" saytının versiyasına əsasən, 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb. Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.
İkinci sırada Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk "3-lüy"ü "xoruzlar"ın digər forvardı Antuan Qrizmann tamamlayr.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.
DÇ-2022-də ən yaxşı futbolçuların "Top-10"luğu belədir:
Qeyd edək ki, DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya Argentina ilə, Mərakeş isə Fransa ilə qarşılaşacaq.

- Lionel Messi (Argentina)
- Kilian Mbappe (Fransa)
- Antuan Qrizmann (Fransa)
- Dominik Livakoviç (Xorvatiya)
- Əşrəf Həkimi (Mərakeş)
- Brunu Fernandeş (Portuqaliya)
- Sofyan Amrabat (Mərakeş)
- Rişarlison (Braziliya)
- Kodi Qakpo (Niderland)
- Cud Bellingem (İngiltərə)