Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur rejissor Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib

Rusiya Ədliyyə Nazirliyi rejissor Andrey Zvyaqintsevi “xarici agentlər” reyestrinə daxil edib.

Nazirliyin 18 sentyabr tarixində yenilənmiş reyestrinə, həmçinin Mixail Şelev, Yerjan Turğumbay, Pavel İvanov və “Anarxist-35” layihəsi daxil edilib.

Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, Andrey Zvyaqintsev xarici agentlər və Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən təşkilatlarla bağlı materialların hazırlanmasında iştirak edib, xarici agentlərlə əməkdaşlıq edib, həmçinin Rusiya hakimiyyətinin qərarları və həyata keçirdiyi siyasət barədə “etibarsız məlumatlar” yayıb. Nazirlik rejissorun hazırda Rusiyadan kənarda yaşadığını bildirib.