Mark Rutte: Krım körpüsünə hücumun uğurlu olduğu görünür
18 Noyabr 2026
NATO-nun baş katibi Mark Rutte Ukraynanın Krım körpüsünə hücumunu şərh edib.
Rutte bunu Brüsseldə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Ukraynanın özünü müdafiə etməsinin vacib olduğunu düşünürəm. Bu həmçinin logistika qovşaqlarına zərbələr endirilməsi deməkdir. Buna görə də, əlbəttə, nə baş verdiyini anlamalıyıq. Amma ən azı mediada yayılan kadrlara əsasən, görünür ki, onlar uğur əldə ediblər”, – Rutte bildirib.
NATO rəhbəri Krım körpüsünə hücumla bağlı mediada yayılan görüntüləri gördüyünü qeyd edib.