Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə: Rüsumlar artdı - Video
18 Noyabr 2026
Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.
Gürcüstanın Gəlirlər Xidmətinin müəyyən etdiyi yeni rüsum noyabrın 16-dan qüvvəyə minib.
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu qərar Azərbaycan avtomobil bazarına ciddi təsir göstərməyəcək.
Onun sözlərinə görə, artıq uzun müddətdir ki, Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracında azalma müşahidə olunur.