ABŞ İranın Qeşm adasına zərbələr endirdi
18 Noyabr 2026
ABŞ İranın cənubundakı Qeşm adasına hücum həyata keçirib.
Bu barədə İranın Hörmüzqan əyaləti qubernatorunun müavini Əhməd Nəfisi bildirib.
O qeyd edib ki, ABŞ-nin Qeşm adası yaxınlığındakı obyektlərə endirdiyi zərbələr yaşayış və ya ticarət sahələrinə, eləcə də infrastruktura heç bir ziyan vurmayıb.
Nəfisinin sözlərinə görə, adadakı vəziyyət nəzarət altındadır. Bütün təcili xidmətlər və inzibati orqanlar yüksək hazırlıq vəziyyətindədir.
Hörmüz boğazındakı ən böyük ada olan Qeşmdə beş-altı partlayış səsi eşidilib.