Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-də benzin kəskin ucuzlaşdı

ABŞ-dəki yanacaqdoldurma məntəqələrində benzinin qiyməti mart ayının ortalarından bəri ən aşağı səviyyəyə enib.

Bu haqda “Bloomberg” agentliyi Amerika Avtomobil Assosiasiyasınaq istinadən məlumat yayıb.

Dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması fonunda, adi (qurğuşunsuz) benzinin qiyməti bir qallon (3,79 litr) üçün 3,78 dollara düşüb. Bu tendensiyaya Fars körfəzindən xammal tədarükünün bərpası, eləcə də ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumları bərpa etmək niyyətində olmadığını göstərən siqnalları səbəb olub.