Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Lotu Quli"nin yaxın adamı sayılan "qanuni oğru" Minskdə tutuldu - FOTOLAR

Kriminal aləmdə Saşa Kuşner kimi tanınan “qanuni oğru” Aleksndr Kuşnerov saxlanılıb.

55 yaşlı kriminal avtoritet Minskdə Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən salanılıb.

O, Rusiyanın kriminal aləminin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) varisi adlandırılan “qanuni oğru” Badri Koquaşviliyə (Badri Kutaisski) sui-qəsd cəhdində şübhəli bilinir.

Qeyd edək ki, Aleksandr Kuşnerov Belarusun Qomel şəhərindəndir. O, ömrünün çox hissəsini dəmir barmaqlıqlar arxasında keçirib. “Qanuni oğru” statusunu isə 2011-ci ildə alıb. Saşa Kuşner İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə bilinirdi.