Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koronavirusun yeni ştammı nefti kəskin ucuzlaşdırıb

WTI markalı xam neft fyuçerslərinin qiyməti koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantının (B.1.1.529) aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.

WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

“Nordea Asset Management”in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali “Wall Street Journal” qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:

“Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var”.(Report)