Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş nazir BYD-də işləmək naminə deputat mandatından imtina edəcək

Macarıstanın sabiq xarici işlər naziri Peter Siyarto milli parlamentin deputatı səlahiyyətlərindən imtina edəcəyini və Çinin BYD avtomobil şirkətində işə başlayacağını elan edib.

Bu barədə P.Siyarto "Facebook" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"Dünya iqtisadiyyatının əsas şirkətlərindən birində beynəlxalq vəzifə tutmaq üçün olduqca nüfuzlu təklif aldığıma görə parlament üzvü səlahiyyətlərimdən imtina etməyim barədə ərizə vermişəm. BYD şirkəti son 20 ildə avtomobil sənayesindəki uğurun ən parlaq nümunələrindən biridir", - P.Siyarto yazıb.

Qeyd edək ki, BYD Avropada elektrik avtomobili istehsalı üzrə ilk zavodunu Macarıstanın Seqed şəhərində inşa edib.

Peter Siyarto isə 2014-cü ilin sentyabrından 2026-cı ilin mayınadək Macarıstanın xarici işlər naziri vəzifəsini tutub.