Jurnalist Sevinc Osmanqızıya qiyabi 8 il həbs verilib
15 Yanvar 2026
Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, bloqer Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Yerli saytların məlumatına görə, yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Osmanqızı, Qafarov və Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub.
Onların məhkəməsi ötən ilin sonunda başlamışdı. Hökmə onlardan münasibət almaq mümkün olmayıb. Amma həmin şəxslər bundan əvvəl onlara verilən ittihamları yalanlamışdılar.