Logo
news content
User
Kateqoriyalar

Xəbər

İtaliya Afrikanın 7 ölkəsinə girişi qadağan edib

İtaliya Avropanın bir sıra digər ölkələrinin ardınca yeni koronavirus ştamı ilə bağlı Afrikanın 7 ölkəsinə girişi qadağan edib.

TASS agentliyi xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.

Bunlar Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya, Esvatini Krallığıdır.

Nazir, həmçinin bildirib ki, italyan alimləri yeni ştamın tədqiqi üzərində işləyirlər.(Report)