İsrail Knesseti növbədənkənar seçkilərdən əvvəl özünü buraxıb
17 İyul 2026
İsrail Knesseti (parlament) cümə günü səhər tezdən növbədənkənar parlament seçkilərindən əvvəl qanunverici orqanın buraxılmasını nəzərdə tutan qanun qəbul edib.
Bu barədə yerli "Ynet" portalı xəbər verib.
Qəbul edilmiş sənədə əsasən, Knesset 17 iyulda işini başa vuracaq və tətilə çıxacaq.
Qanun ikinci və üçüncü oxunuşlardan keçib. Sənədin lehinə 62 üzv səs verib, əleyhinə çıxan və bitərəf qalan olmayıb.
Xatırladaq ki, İsraildə növbədənkənar parlament seçkiləri 27 oktyabra təyin edilib.