Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrina Zaretska növbəti dəfə dünya çempionu oldu

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında final görüşünü keçirib.

68 kq çəki dərəcəsində çıxış edən idmançının rəqibi italiyalı Silvia Semeraro olub.

Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.