Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranla münaqişə zamanı 19 ABŞ hərbçisi ölüb, 820-si yaralanıb - Pentaqon

ABŞ-ın Müharibə Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 19 nəfərə çatıb.

Pentaqonun xüsusi portalında yer alan məlumatlara görə, onlardan 14-ü “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı zamanı döyüşlərdə həlak olub.

Daha 5 hərbçi, o cümlədən sonuncu itki, “xarici əməliyyatlar” kateqoriyasında göstərilib.

Pentaqonun məlumatına görə, İranla münaqişə zamanı müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı isə 820 nəfərdir.