İranla müharibə ABŞ-a 43,6 milyard dollara başa gəlib
19 Sentyabr 2026
İranla münaqişə sentyabrın 3-nə qədər ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib.
Bu barədə “Punchbowl News” ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə göndərdiyi hesabata əsasən məlumat yayıb.
Məlumatına görə, 11,2 milyard dollar əməliyyatların keçirilməsinə, 28,1 milyard dollar sursat ehtiyatlarının bərpasına, 4,3 milyard dollar isə itirilmiş texnikanın əvəzlənməsinə xərclənib.
Daha əvvəl Konqresin Büdcə İdarəsi İranla münaqişənin amerikalılara ayda 2-3 milyard dollara başa gələcəyini açıqlayıb. Bildirilib ki, müharibənin ilk beş ayında artıq 38 milyard dollar xərclənib.