İranın blokadası sərtləşdirilir - Dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edilir
19 Noyabr 2026
ABŞ hərbçiləri İrandan yola düşən istənilən gəminin dənizdə yük qəbul etməsini dəniz blokadasını yarmaq cəhdi kimi qiymətləndirəcək.
“Ynet” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"Belə gəmilər saxlanılacaq, yoxlanılacaq, ələ keçiriləcək və ya geri, İran limanlarına göndəriləcək", - komandanlıqdan bildirilib.
CENTCOM-un məlumatına görə, əməkdaşlıqdan imtina edildiyi təqdirdə, ABŞ hərbçiləri bu gəmilərə hətta hücum da edə bilərlər.