Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda təhlükəsizlik qüvvələri əməkdaşını öldürən məhkum edam edilib

İran hakimiyyəti 2022-ci ilin kütləvi etirazları zamanı təhlükəsizlik qüvvələri əməkdaşını öldürdüyünə görə məhkum olunmuş kişi barəsində ölüm hökmünün icra edildiyini bildirib.

Bu barədə"Associated Press" xəbər verir.

Məlumata görə, Aref Xoşkar Tehrandakı iğtişaşlar zamanı pnevmatik tüfəngdən təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açıb. Nəticədə Salman Əmirəhmədi yaralanıb və daha sonra xəstəxanada ölüb.

İranda etirazlar 2022-ci ildə hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edən 22 yaşlı Məhsa Amininin ölümündən sonra başlayıb.