İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam olunub
19 Sentyabr 2026
İranda İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad) casusluq etməkdə günahlandırılan şəxs edam edilib.
Hüseyn Pedəran adlı şəxs İsfahanda yerləşən hərbi obyektlərlə bağlı həssas informasiyanı “Mossad”a ötürüb.
Belə ki, sözügedən şəxs öz təşəbbüsü ilə “Mossad”la əməkdaşlığa başlayıb və məlumatların kodlaşdırılması ilə bağlı təlim keçib.
O, həssas məlumatları kodlaşdırılmış formada e-mail vasitəsilə İsrail kəşfiyyatına ötürməkdə ittiham edilib.