Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran parlamentinin üzvü Zəngəzur dəhlizinə qarşı çıxdı

"Bəzi xarici güclər Ermənistandan keçməklə Naxçıvana dəhliz (Zəngəzur dəhlizini nəzərdə tutur) açmaq istəyirlər. Amma biz və Ermənistan tələb edirik ki, ölkələrin ərazi bütövlüyünə önəm verilsin".

Bu fikirləri İran parlamentinin xarici əlaqələr üzrə nümayəndəsi Şəhriyar Heydəri səsləndirib.

Hazırda Türkiyədə yaşayan azərbaycanlı tarixçi alim Ramin Sadık (Sadıqov) onun dediklərini özünün Tvitter səhifəsində paylaşıb.

O xatırladıb ki, bir neçə gün əvvəl İranın dini rəhbəri Əli Seyid Xamenei də Zəngəzur dəhlizinə etiraz etmişdi.

Qeyd edək ki, Ramin Sadıqov 1977-ci ildə Azərbaycanda anadan olub. 1999-cu ildə İstanbul Universitetinin Tarix fakültəsini bitirib. 2003-cü ildə Mərmərə Türkşünaslıq İnstitutunda magistr, 2009-cu ildə isə həmin universitetdə doktorantura pilləsini bitirib.

2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda müəllim, Azərbaycan Elmlər Akademiyasının Şəki Regional Mərkəzində elmi katib vəzifələrində çalışıb. 2014-cü ildə Türkiyəyə qayıdan Ramin Sadıqov Bayburt Universitetində doktorantura professoru vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilən Sadıqov daha çox Qafqazda baş verən hadisələri, Osmanlı-Rusiya, Rusiya-Azərbaycan, Rusiya-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərini, həmçinin Rusiyanın Bolşevik İnqilabı dövründə və 20-ci əsrdəki hərbi-siyasi tarixini öyrənir.