Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Küveyt, İordaniyada və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına raket atıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Bu barədə "NourNews" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatları Küveytdəki Əl-Udeyri düşərgəsində yerləşən sursat anbarına, Əli əl-Salim aviabazasındakı qərargah binasına və mərmi anbarına, eləcə də bir neçə rabitə qovşağına zərbələr endirib.

SEPAH həmçinin İordaniyadakı ABŞ hərbi obyektlərinin də hücuma məruz qaldığını bildirib. Məlumata görə, PUA-lar İordaniyanın Əl-Əzraq bazasında yerləşən yanacaq çənlərini vurub.

Bundan başqa, İranın Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına ballistik raket atdığı iddia olunur.

Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının nümayəndəsinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu, İranın təxminən son dörd ay ərzində Səudiyyə Ərəbistanı ərazisinə endirdiyi ilk birbaşa zərbədir.