Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Hörmüz boğazına nəzarəti özündə saxlamaq istəyir

İranın Hörmüz boğazında etdikləri beynəlxalq hüquqa tam uyğundur, ABŞ-nin son hücumları isə BMT Nizamnaməsinin prinsiplərinə ziddir.

Bunu İran parlamentinin deputatı Həsən Qaşqavi deyib.

"Biz hər zaman dost qonşularımızla, xüsusən də Omanla əməkdaşlığa və dialoqa hazırıq, lakin bu danışıqlar suverenlik hüququndan imtina etmək demək deyil", - o bildirib.

İranlı deputatın sözlərinə görə, Hörmüz boğazının idarə olunması ilə bağlı vəziyyət əvvəlki halına qayıtmayacaq: "İdarəetmənin Omanla əməkdaşlıq çərçivəsində, yoxsa müstəqil şəkildə həyata keçirilməsindən asılı olmayaraq, bu su yoluna nəzarət İranın səlahiyyətində olacaq".

Xatırladaq ki, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib. İran isə İordaniya, Küveyt, Bəhreyn və Qətərdə yerləşən Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə silsilə hücumlar həyata keçirib.