İran ABŞ-ın Bəhreyndəki donanmasını vurub
15 İyul 2026
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının yanacaq çənlərinin məhv edildiyini bildirib.
Bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"Regionun neft və qaz ixracı ya hamı üçündür, ya da heç kim üçün", - SEPAH-ın bəyanatında deyilir.
Əlavə edilib ki, ABŞ Hind okeanı vasitəsilə dünyaya neft və qaz ixracı yolunu bağlayıb və bu, Amerikanın iqtisadi rəqiblərinin maraqlarını təhlükə altına salıb: "Belə olan halda onlar Vaşinqton və müttəfiqlərinin maraqlarını təmin edən digər ixrac marşrutunun bağlanmasını gözləməlidirlər".
SEPAH daha əvvəl ABŞ-nin Küveytdə hücuma məruz qalan obyektləri barədə məlumat yayıb.
Son bəyanatda isə Küveytdəki peyk rabitə mərkəzi, hava hücumundan müdafiə radarı, "Patriot" kompleksi, Amerika qoşunlarının bazası və HIMARS raket buraxılış qurğularının məhv edildiyi qeyd olunub.