Logo
news content
User
Kateqoriyalar

Xəbər

İki texnologiya nəhənginin qadın mübahisəsi - Mask və Brin arasında nə baş verib?

“Google” şirkətinin həmtəsisçisi Sergey Brin həyat yoldaşı Nikol Şenaxandan boşanmaq barədə qərar qəbul edib.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” qəzeti yayıb.

Məlumata görə, buna səbəb Nikol Şenaxanın amerikalı sahibkar İlon Maskla qısa müddətli münasibətdə olması olub.

Bildirilir ki, İlon Mask və Şenaxan arasında 2021-ci ilin payızında yaşanan münasibət Mask və Brin arasında dostluğa son qoyub.

Brinin cari ilin yanvar ayında boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.

Qəzetin iddialarına görə, İlon Mask hətta bu ilin əvvəlində tədbirlərin birində Brin qarşısında diz çökərək ondan bu məsələ ilə bağlı üzr istəyib.

Qeyd olunur ki, nə Brinin, nə də Maskın vəkili məsələ barədə açıqlama verməyib.

Qeyd edək ki, 48 yaşlı milyarder Sergey Brin 2019-cu ilin oktyabr ayında “ClearAccessIP” şirkətinin təsisçisi və baş direktoru Nikol Şenaxanla ailə həyatı qurub. Cütlük iki illik münasibətdən sonra evlənmək barədə qərar qəbul edib. Onların bir qız övladı var.

İlon Mask Nikol Şenaxanla münasibətdə olması barədə yayılan məlumatları təkzib edib.

“Bu tamamilə yalandır. Biz Sergeylə dostuq və dünən axşam birlikdə şənlikdə idik! Mən Nikolu 3 il ərzində cəmi 2 dəfə görmüşəm, hər dəfəsində də çox sayda insanın əhatəsində. Romantik heç bir şey olmayıb”, - deyə Mask öz sosial şəbəkə hesabında qeyd edib.