II Qaregin Ermənistanın parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
18 İyul 2026
Bütün ermənilərin katolikosu II Qaregin ölkə tarixində ilk dəfə yeni parlamentin ilk sessiyasının açılış mərasimində iştirak etməyəcək.
Ermənistan mediası xəbər verir ki, Erməni Apostol Kilsəsi mərasimə dəvət almayıb.
Medianın məlumatına görə, hakimiyyət II Qareginə ayrıca dəvət göndərmək niyyətində deyil, çünki onun iştirakı məcburi deyil.