Hörmüzdə mayeləşdirilmiş neft qazı daşıyan tanker minaya düşərək partlayıb
13 Noyabr 2026
Mayeləşdirilmiş neft qazı daşıyan tanker Hörmüz boğazının şərq hissəsində minaya düşüb.
“Al Jazeera” xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələri bəyan edib.
İran tərəfinin iddiasına görə, gəmi dəfələrlə xəbərdarlıqlara baxmayaraq, icazə verilməyən cənub marşrutu ilə keçməyə cəhd edib. Mina ilə toqquşma güclü partlayışa səbəb olub.
Bəyanatda həmçinin iddia edilir ki, qaz daşıyıcı gəmi boğazdan keçərkən ABŞ qırıcılarının müdafiəsinə arxalanıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, İranın müəyyən etdiyi qaydalları pozan və icazə verilməyən təhlükəli marşrutları seçən gəmilər oxşar nəticələrlə üzləşə bilər.