Hörmüz boğazında tankerə hücum edilib, 2 nəfər yaralanıb
21 Sentyabr 2026
Hörmüz boğazında tankerə hücum edilib.
Bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları təşkilatı (UKMTO) məlumat yayıb.
Bildirilib ki, naməlum obyektlərlə hədəfə alınan tankerdə 2 nəfər xəsarət alıb.
Gəminin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.