Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb

Hizbullah İsraillə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı son üç ay ərzində hazırlıq işləri aparıb.

Bu barədə “Reuters” Livan təhlükəsizlik orqanlarının təşkilatın fəaliyyəti barədə məlumatlı nümayəndələrinə istinadən xəbər yayıb.

Mənbələrin sözlərinə görə, təşkilat hərbi imkanlarını gücləndirmək üçün İrandan on milyonlarla dollar vəsait alıb.

Bildirilib ki, bu vəsait oktyabrın əvvəlində yayılan xəbərlərdə əks olunan və Hizbullaha İran tərəfindən ödənildiyi iddia olunan, livanlı ailələrə yardım məqsədilə nəzərdə tutulan 200 milyon dollarlıq məbləğdən ayrıdır.