Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gündəlik yoluxma 3,4 milyon - Omikron dünyanı fəth edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində koronavirusa 3 395 785 yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, pandemiya başlayandan ÜST statistikasında ən yüksək gündəlik göstəricidir.

ÜST xəbər verir ki, ilk dəfədir 24 saat ərzində yoluxanların sayı 3 milyonu keçib.

Bundan əvvəlki antirekord cari il yanvarın 6-da qeydə alınmışdı, həmin vaxt 24 saat ərzində 2 618 130 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə dövlətlər tərəfindən təqdim edilən yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır.

Son bir gün ərzində dünyada 7 735 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə 5 501 000 nəfər koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişib.

ÜST-yə daxil olan məlumatlara görə ən çox təsdiqlənmiş yoluxma halı - 61 332 277 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (36 070 510), Braziliya (22 558 695) və Böyük Britaniya (14 732 598) yer alırlar. Ən çox ölüm halları - 833 519 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (620 091), üçüncü yerdə isə Hindistan (484 655) qərarlaşıb. Daha sonra Rusiya (318 432) və Meksika (300 573) yer alırlar.