Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransanın XİN rəhbəri Blinkenlə Ukrayna və İranı müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı baş tutub.

Bu barədə Le Drian tvitter səhifəsində yazıb.

“Mən bu axşam amerikalı həmkarım Entoni Blinkenlə hazırkı gərginlik kontekstində Ukraynadakı vəziyyəti müzakirə etmək üçün danışıqlar apardım ”, - o qeyd edib.

O, həmçinin bildirib ki, Blinkenlə söhbət zamanı İranla danışıqların bərpası mövzusu da diqqət mərkəzində olub.(Report)