Logo
news content
User
Kateqoriyalar

Xəbər

CENTCOM Hörmüzdən 1 milyard bareldən çox neft daşındığını deyir, İran təkzb edir

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətində deyib.

"Təsirli nəticələr əldə edilib... Son bir neçə ay ərzində CENTCOM qüvvələri bir milyard bareldən çox xam neftin Fars körfəzindən Hörmüz boğazı vasitəsilə çıxarılmasını təmin edib. Bu marşrutdan keçərkən 2000-dən çox ticarət gəmisinin uğurla müşayiət olunması və mühafizəsi təmin olunub", - o bildirib.

Kuperin sözlərinə görə, Hörmüz boğazındakı əsas gəmiçilik yolları minalardan təmizlənib, dəniz blokadası dövründə isə İran neftinin ixracının qarşısı tamamilə alınıb:

"Bu zaman İrandan neft ixracı sıfır barel təşkil edib. Biz vəziyyətə ayıq baxışımızı qoruyur və Hörmüz boğazı vasitəsilə daşımaların həcmini artırmağa çalışaraq ABŞ-nin müxtəlif qurumlarından olan həmkarlarımız, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasından olan tərəfdaşlarımız, eləcə də sığorta və gəmiçilik şirkətləri ilə işləməyə son dərəcə köklənmişik".

İran ordusu isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperin son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard bareldən çox neftin təhlükəsiz keçidini təmin etməsi ilə bağlı bəyanatını təkzib edib.

IRIB xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Əbülfəzl Şikarçı bildirib.

"CENTCOM komandanının neft tankerlərinin müşayiət edilməsi və son iki ay ərzində bir milyard barel neftin çıxarılması barədə açıqlaması reallıq olmaqdan daha çox, Amerika ordusunun bölgədəki qüvvələrinə ruh yüksəkliyi vermək, ABŞ-nin bölgədəki ağır maliyyə və can itkilərinə bəraət qazandırmaq üçün uğursuz psixoloji əməliyyatdır", - o qeyd edib.

Şikarçının sözlərinə görə, Hörmüz boğazında təşəbbüs hələ də İran ordusunun əlindədir.