Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Ölkə savaşa hazırlaşır

Böyük Britaniya hökuməti uzun illərdən sonra ilk dəfə olaraq irimiqyaslı münaqişə baş verəcəyi təqdirdə tətbiq ediləcək milli fəaliyyət planını yeniləyib.

BBC xəbər verir ki, yenilənmiş rəsmi sənəddə britaniyalılara belə bir böhran vəziyyətində əvvəlcədən konservləşdirilmiş qidalar və içməli su ehtiyatı toplamaq tövsiyə olunur.

Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı Riçard Nayton bildirib ki, Rusiya tərəfindən gələn təhdid səbəbindən ölkə onun 35 illik hərbi xidmət dövrü ərzində ən təhlükəli vəziyyətdədir.

Məsələ ilə bağlı Polşanın Baş naziri Donald Tusk da Rusiyanın NATO ölkələrinə hücum etmə riski barədə xəbərdarlıq edib. O bəyan edib ki, Moskva Ukraynanın iqtisadiyyatını və logistik imkanlarını sıradan çıxarmağa, eləcə də alyansa üzv dövlətlərə hücumlar etməklə NATO-nun qətiyyətini zəiflətməyə çalışır. Tusk bu ehtimalı “ən yüksək ehtimallı ssenari” kimi xarakterizə edib.

Qeyd edək ki, aprelin sonunda NATO Rusiyanı “bir nömrəli təhdid” adlandırmışdı. Alyans rəhbərliyi əmindir ki, “Rusiya hərbi maşını” yalnız böyüməyə davam edəcək və buna görə də NATO öz imkanlarını inkişaf etdirərək bunun qarşısını almalıdır.

Xatırladaq ki, bir qədər əvvəl NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı alyansın müharibəyə tam hazır olduğunu bəyan etmişdi.