Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransada dizelin qiyməti rekord həddə çatıb

Fransada dizel yanacağının bir litr üçün orta qiyməti 2,39 avronu keçərək rekord həddə çatıb.

Bu barədə “Le Figaro” qəzeti AFP-nin Fransa üzrə 9 mindən çox yanacaqdoldurma məntəqəsində apardığı qiymət hesablamalarına istinadən məlumat yayıb.

Məlumata görə, yeni qiymət rekordu 2026-cı ilin aprelində qeydə alınmış əvvəlki maksimum göstəricini cüzi üstələyib. Həmin vaxt dizelin bir litr üçün orta qiyməti 2,38 avrodan bir qədər çox olub.

Fransada ən çox istifadə olunan SP95-E10 markalı benzinin də orta qiyməti artaraq litr üçün 2,17 avroya çatıb. Qəzetin yazdığına görə, bu yanacağın qiyməti artıq 10 gündən çoxdur ki, 2022-ci il iyunun 14-də qeydə alınmış 2,11 avroluq əvvəlki rekorddan yüksəkdir.

Fransada yanacağın bahalaşması etirazların artmasına səbəb olub.

Fransa Prezidenti Emmanuel Macron hökumətə ölkənin yanacaqla təminatını qorumaq və qiymət artımının qarşısını almaq üçün bütün resursları səfərbər etmək tapşırığı verib.