Logo
news content
User
Kateqoriyalar

Xəbər

"F-16 Block 72" qırıcısı ilk uçuşunu həyata keçirib

F-16 qırıcısının ən yeni modifikasiyalarından olan “F-16 Block 72” ilk uçuşunu həyata keçirib.

Bu barədə təyyarənin istehsalçısı “Lockheed Martin” məlumat yayıb.

Şirkətin məlumatına görə, Mərakeş üçün istehsal edilən ilk “F-16 Block 72” ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhərində havaya qalxıb.

“Bu hadisə Mərakeş Kral Hərbi Hava Qüvvələrinə F-16-nın ən müasir versiyasının çatdırılması yolunda növbəti addımdır”, – şirkətin açıqlamasında bildirilib.

“F-16 Block 72” aktiv fazalı anten şəbəkəsinə malik AN/APG-83 SABR radarı, yeni bort kompüterləri, “Link 16” məlumat mübadiləsi sistemi, modernləşdirilmiş naviqasiya kompleksləri və dəbilqəyə inteqrasiya edilmiş hədəfgöstərmə sistemləri ilə təchiz olunub. Qırıcı “hava-hava” və “hava-yer” tipli müxtəlif silahlardan istifadə edə bilir.

“Block 70” və “Block 72” arasındakı əsas fərq onların mühərrikləridir. “Block 70” “General Electric” şirkətinin F110-GE-129, “Block 72” isə “Pratt & Whitney” şirkətinin F100-PW-229 mühərriki ilə təchiz edilir. Hər iki versiyanın əsas modernləşdirilmiş avionika kompleksi isə eynidir.