Tramp Putinlə telefon danışığı planlaşdırdığını bildirib
08 Oktyabr 2026
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının planlaşdırıldığını təsdiqləyib.
“C-Span” xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə jurnalistlərə bildirib.
O, danışığın nə vaxt baş tutacağını dəqiqləşdirməyib.
ABŞ lideri həmçinin xatırladıb ki, 8 müharibəni həll edib və daha birinin həlli artıq yoldadır.