İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
08 Oktyabr 2026
İranın Sistan və Bəlucistan vilayətinin Gülşən rayonunda polis idarəsi silahlı hücuma məruz qalıb.
IRIB xəbər verir ki, hücum edənlərdən biri zərərsizləşdirilib.
"İki polis ekipajının çıxış yolunda partlayışın baş verməsi və ardınca silahlı terrorçular tərəfindən atəş açılmasından sonra qətiyyətli tədbir nəticəsində onlardan biri məhv edilib, bir neçəsi isə yaralanıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, bölgə təhlükəsizlik və polis qüvvələrinin nəzarəti altındadır: “Bu terror aktının digər iştirakçılarının müəyyən edilməsi və onlara qarşı tədbir görülməsi üçün lazımi fəaliyyətlər davam etdirilir”.