Logo
news content
User
Kateqoriyalar

Xəbər

Errol Mask oğlu İlon Maskla fəxr etmir: "Xoşbəxt deyil"

“SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Maskın atası 76 yaşlı Errol Mask oğlu ilə fəxr etmədiyini etiraf edib.

Ondan planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyini soruşduqda ata Mask mənfi cavab verib.

Errol Maskın dediyinə görə, böyük oğlu İlon “istədiyi qədər xoşbəxt deyil”, çünki o, “uğur qrafikindən geri qaldığını” hiss edir.

Bir müddət əvvəl sosial şəbəkələrdə dolaşan İlonun yarıçılpaq şəkillərini xatırlayan Errol oğluna pəhriz saxlamağı məsləhət görüb.